Ev Dünya Avropa İttifaqı borca görə İtaliyanı cəzalandıracaq: Baş nazirin vədləri ölkəyə baha başa...

Avropa İttifaqı borca görə İtaliyanı cəzalandıracaq: Baş nazirin vədləri ölkəyə baha başa gəldi

Baxış Sayı 11
0
Avropa İttifaqı borca görə İtaliyanı cəzalandıracaq: Baş nazirin vədləri ölkəyə baha başa gəldi
Avropa İttifaqı borca görə İtaliyanı cəzalandıracaq: Baş nazirin vədləri ölkəyə baha başa gəldi

Avropa İttifaqı ölkələri İtaliyanı cəzalandırmaq qərarına gəlib.
Səbəb isə İtaliyanın öz dövlət büdcəsini Avropa standartlarına uyğunlaşdıra bilməməsidir. Bu barədə “Bloomberg” məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, Avropa Komissiyası bu barədə xüsusi hesabat hazırlayıb. Orada göstərilib ki, İtaliya dövlət borclarının azaldılmasında heç bir irəliləyiş əldə edə bilmir. Avropa Birliyinin qaydalarına görə, bu quruma üzv ölkənin dövlət borcu Ümumi Daxili Məhsulun 60 faizindən yuxarı ola bilməz. İtaliyada isə hazırda bu göstərici 132 faizdir.
Avropa Komissiyası hesab edir ki, bu durum İtaliyaya qarşı intizam tədbirləri üçün yetərincə əsas verir. Çünki İtaliyanın hazırkı hökumətinin iqtisadi siyasəti maliyyə bazarında mümkün qeyri-stabilliyə hazırlıq rməsələsində ölkə üçün risk yaradır. Ancaq bu ölkəyə hansı formada sanksiyaların tətbiq olunacağı haqda məlumat verilmir.
Avropa İttifaqı ilə İtaliya hökuməti arasında qarşıdurma 2018-ci ilin sonundan başlayıb. O zaman İtaliya parlamenti dövlət büdcəsini 2.4 faiz kəsirlə qəbul etmişdi. Baş nazir Cüzeppe Kontenin seçkiqabağı vədlərini həyata keçirmək, o cümlədən pensiya yaşını azaltmaq üçün böyük xərclər tələb olunur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin