Sizinxeber.az – Azərbaycan Xəbərləri

Sumqayıtda sərnişin avtobusu qəza törətdi – VİDEO

Sumqayıtda sərnişin avtobusu qəza törətdi – VİDEO
2 dəfə Baxılıb
23 May 2019 - 21:01

Sumqayıtda sərnişin avtobusu qəza törətdi – VİDEO
Bu gün axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Müşfiq qəsəbəsindən Sumqayıt şəhərinə hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı sərnişin avtobusu “Nissan” markalı 90-VB-910 dövlət nömrə nişanlı  minik maşını ilə toqquşub. Hadisə Sumqayıtın “Sülh” küçəsində qeydə alınıb.
Hazırda polislər qəzanın hansı sürücünün səhvinə görə baş verməsini araşdırır. Qəza nəticəsində xəsarət alan olmayıb.

 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]