Sizinxeber.az – Azərbaycan Xəbərləri

Zelenskinin var-dövlətinin siyahısı açıqlandı

Zelenskinin var-dövlətinin siyahısı açıqlandı
3 dəfə Baxılıb
21 May 2019 - 1:05

Zelenskinin var-dövlətinin siyahısı açıqlandı
Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2018-ci ilə olan vergi bəyannaməsini dərc edib.
 Bəyannaməyə görə, V.Zelenski 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar), onun xanımı  Yelena Zelenskaya 5 milyon 500 min qrivna gəlir əldə edib.
Həmçinin Vladimir Zelenski Kiyevdə beş, İtaliyada iki , Böyük Britaniyada icarəyə götürülmüş iki ev, Gürcüstanda tikintisi gedən 10 hotelin  sahibidir. Onun “PrivatBank”dakı hesabında 400 min dollar, “OTP Bank”da isə 1 milyon qrivnası var.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]