Sizinxeber.az – Azərbaycan Xəbərləri

MƏKTƏBLİLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

MƏKTƏBLİLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR
5 dəfə Baxılıb
20 May 2019 - 15:57

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Yasamal rayonu 21 saylı tam orta məktəbin şagirdləri qonaq olublar. VI sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş ekskursiyada məqsəd məktəbliləri Fizika İnstitutu ilə tanış etmək, burada aparılan tədqiqatlar haqqında məlumat verməkdən ibarət olub. İlk olaraq İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru İlham Həsənov sektor haqqında şagirdlərə məlumat verib. Bildirib ki, sektor müasir tədqiqat qurğuları və maddi texniki baza ilə təchiz olunub. Daha sonra İnstitutun əməkdaşları şagirdlərə fizika elmi sahəsində əldə olunan yeniliklər, əldə olunan nailiyyətlər haqqında məlumat veriblər.


Bakı şəhəri       17 may 2019-cu il

Məryəm Rafaelqızı

AMEA Fizika İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

(012) 5372365


© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]