Sizinxeber.az – Azərbaycan Xəbərləri

Baş nazir Milli Qəhrəmanla bağlı qərar verdi

Baş nazir Milli Qəhrəmanla bağlı qərar verdi
2 dəfə Baxılıb
19 May 2019 - 23:56

Baş Nazir Novruz Məmmədov milli qəhrəmanın adının orta məktəbə verilməsi haqda qərar imzalayıb.
Nazirlər Kabinetinin qərarı ilə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adının verilib.
Təhsil Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bildirək ki, E. İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub.

2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, E. İsgəndərov dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib.
2009-cu il iyunun 29-da Milli Qəhrəman adı alıb. (Qaynarinfo)

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]