Sizinxeber.az – Azərbaycan Xəbərləri

Tramp Baydenlə bağlı araşdırmalara başlamağı dəstəklədi

Tramp Baydenlə bağlı araşdırmalara başlamağı dəstəklədi
2 dəfə Baxılıb
18 May 2019 - 9:20

Tramp Baydenlə bağlı araşdırmalara başlamağı dəstəklədi
ABŞ prezidenti Donald Tramp ölkənin sabiq vitse-prezidenti Co Baydenin Çinlə maliyyə əlaqələrinin araşdırılması ideyasını dəstəkləyib. 
Oxu.Az bildirir ki, Tramp belə bir bəyanatla “Fox News” kanalına müsahibəsi zamanı çıxış edib.
“Yüz faiz. Bu, biabrçılıqdır”, – deyə Tramp aparıcının “Çin hökumətinin Baydenin ailə biznesinə milyardlarla dollar yatırım etməyini araşdırmaq lazımdırmı?” sualına cavab verib.
O, Çinin Baydenin ailə biznesinə məhz hansı yatırımlar etdiyinə aydınlıq gətirməyib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək və ölkənin hazırki prezidenti Donald Tramp yenidən namizədliyini irəli sürəcək. Bayden isə öz növbəsində aprelin sonunda prezident seçkilərində iştirak etmək niyyətində olduğunu elan etmişdi.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]