Sizinxeber.az – Azərbaycan Xəbərləri

Tramp ipoteka ilə ev götürüb icarəyə verib

Tramp ipoteka ilə ev götürüb icarəyə verib
1 dəfə Baxılıb
17 May 2019 - 22:00

ABŞ prezidenti də ipotekaya ehtiyac duyarmış. Donald Tramp keçən il 5 milyon dollar kredit götürüb.
Bizimyol.info xəbər verir ki, girov kimi Florida çimərliyində ev qoyulub. Trampa 30 illik kredit veriblər. İllik faizi 4,5-dir. İndi Trampın 72 yaşı var. Deməli, o, krediti rəsmiləşdirən bank onun 100 yaşına qədər ömür sürəcəyinə inanır.
Tramp həmin evi ayı 81 min dollara icarəyə verir. 930 kvadratmetr sahəsi olan villanın 8 yataq otağı var.
İndi Trampın adına 14 kredit rəsmiləşdirilib. Ümumi məbləğ 50 milyon dollardır.
“Milli xəbərlər agentliyi”nin məlumatına görə, Tramp son bir ildə 479 milyon dollar qazanıb. Prezident kimi illik məvacibi isə 400 min dollardır. Sadəcə, Tramp prezident maaşına əl vurmur.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]