Sizinxeber.az – Azərbaycan Xəbərləri

Çətənə əkən kişi tutuldu: “Görmürsünüz, gülləri sulayıram?” – Foto

Çətənə əkən kişi tutuldu: “Görmürsünüz, gülləri sulayıram?” – Foto
1 dəfə Baxılıb
16 May 2019 - 0:09

Gülləri çətənə ilə “səhv salan” kişi Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, 13-cü mikrorayon sakini 38 yaşlı Cəfərov Zaur Rəhim oğlu “Sumqayıtçay” adlanan yerdə ona məxsus ərazidə çətənə kolunu suluyarkən tutulub.

Əməliyyatçılar Z.Cəfərovun ərazisində səkkiz çətənə kolu aşkar ediblər. Polislərin “Siz burada nə işlə məşğulsunuz?” sualına kişi belə cavab verib:
“Görmürsünüz, gülləri sulayıram?!”
Qeyd edək ki, bir çətənə kolundan dörd-beş kiloqram marixuana əldə etmək olar. Bir qutu marixuna beş qrama yaxın olur və “qara bazar”da qiyməti 80 manatdır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]