Sizinxeber.az – Azərbaycan Xəbərləri

Narkoloji Mərkəzdəki yanğınla bağlı hökm oxundu – ömürlük həbs…

Narkoloji Mərkəzdəki yanğınla bağlı hökm oxundu – ömürlük həbs…
1 dəfə Baxılıb
15 May 2019 - 23:32

Mərkəzin vəzifəli şəxslərinə də cəzalar verilib
Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, 29-nun xəsarət aldığı yanğınla bağlı cinayət işi üzrə hökm oxunub. Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yanğını törətməkdə təqsirləndirilən, hadisə baş verən zaman alkoqolizmdən müalicə alan 65 yaşlı Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib.
Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il mühəndis Mahir Abdullayev isə isə 3 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə təqsirli biliniblər.
Mərkəzdə şöbə müdiri olmuş, M.Məmmədovun müalicə həkimi, narkoloq Afət Məmmədovaya 5 il azadlıqdan məhrumtmə cəzası verilsə də, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib. O, CM-nin 311-ci (rüşvət alma) maddəsilə – M.Məmmədovun oğlundan rüşvət alıb, onu illərlə Narkoloji Mərkəzdə saxlamaqda təqsirli bilinib.
2018-ci il martın 2-də baş vermiş yanğınla bağlı beş nəfər cinayət məsuliyyətinə cəlb olunsa da, Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı.
Sentyabr ayında o, vəfat edib.
Təqsirləndirilən şəxslər məhkəmə prosesi zamanı ittihamları qəbul etməyiblər.
Rəşad VAQİFOĞLU

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]