Sizinxeber.az – Azərbaycan Xəbərləri

Dünya çempionu “Barselona”ya keçir

Dünya çempionu “Barselona”ya keçir
1 dəfə Baxılıb
13 May 2019 - 23:39

Fransa milli komandasının liderlərindən olan Antuan Qrizmann gələn mövsümdən “Barselona”da oynayacaq. Hər halda, fransızın formasını geyindiyi “Atletiko”da belə düşünürlər.

Bizimyol.info xəbər verir ki, “Cadena SER” belə bir məlumat yayıb. “Carrusel Deportivo” televiziya verilişinin aparıcısı Manu Karrenyo futbolçunun yaxınlarının da keçid haqda bilgili olduğunu söyləyib. Jurnalistin fikrincə, “Atletiko” rəhbərliyi də fərqli düşünmür.

QrizmanQrizman | Foto: Valentyn Ogirenko / Reuters

Əslində, bu həftə klub rəhbərliyi Qrizmann ilə yeni müqavilə şərtlərini müzakirə edəcək. İspan jurnalistlər danışıqların uğursuz alınacağına inanır.

Qrizmannın hələ keçən il “Barselona”ya keçidi gözlənilirdi. Amma fransız sənədli filmdə transferin baş tutmayacağını bildirmişdi.

Qrizmann bu mövsüm İspaniya çempionatının 36 oyununda meydana çıxıb, 15 top vurub, 10 qolun alınmasında birbaşa rol oynayıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]