Ev Şou-biznes “Eurovision”da səsləri Faiq Ağayev elan edəcək

“Eurovision”da səsləri Faiq Ağayev elan edəcək

Baxış Sayı 13
0
“Eurovision”da səsləri Faiq Ağayev elan edəcək
“Eurovision”da səsləri Faiq Ağayev elan edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

Axşam.az bildirir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri xalq artisti Faiq Ağayev elan edəcək.

Ağayev yarışmanın qaydalarına əsasən final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Şüarı “Arzulamağa cürət et” (Dare to Dream) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin