Ev Cəmiyyət Borca görə axtarışda olan daha 7 nəfər saxlanıldı

Borca görə axtarışda olan daha 7 nəfər saxlanıldı

Baxış Sayı 3
0
Bəraət almış sabiq prokurorluq əməkdaşı məhkəmə zalında həbs edilib
Bəraət almış sabiq prokurorluq əməkdaşı məhkəmə zalında həbs edilib

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. (Virtualaz.org)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin