Ev Siyasət “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib – FOTO

“Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib – FOTO

Baxış Sayı 16
0
“Heydər Əliyev - Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib - FOTO
“Heydər Əliyev - Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib - FOTO

“Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib – FOTO
Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun və birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib.
Tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev, 300-dən çox gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
İlk olaraq tədbir iştirakçıları və qonaqlar Ümummilli lider Heydər Əliyevin Bakı Gənclər Mərkəzinin foyesindəki büstünün önünə gül dəstələri qoyub, Ulu öndərin xatirə muzeyi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra  gənclərin iştirakıyla keçirilmiş Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş fləşmobun qısa videoçarxı və gənclər təşkilatlarının birgə hazırladığı Ümummilli liderə həsr olunmuş video material nümayiş olunub. Çıxış edən tədbir iştirakçıları Heydər Əliyevin misilsiz xidmətlərindən, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar.
Xalq artisti Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin