Sizinxeber.az – Azərbaycan Xəbərləri

UEFA-dan açıqlama: Mxitaryan Bakıya gələcək

UEFA-dan açıqlama: Mxitaryan Bakıya gələcək
0 dəfə Baxılıb
11 May 2019 - 0:56

Avropa Liqasının finalında iki İngiltərə təmsilçisi – “Arsenal” və “Çelsi” üz-üzə gələcəklər.

Mayın 29-da Bakıda keçiriləcək qarşılaşmaöncəsi ən maraqlı məqamlardan biri də “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməməsidir.

UEFA-nın mətbuat xidmətindən TASS-a verilən məlumatda erməni futbolçunun Azərbaycana gəlişində heç bir problemin olmayacağı bildirilib.

Məlumatda UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsinın standart qayda olduğu bildirilib. AFFA UEFA ilə “Arsenal”ın təsdiq tələbinə müsbət cavab verdib və futbolçu üçün heç bir problem olmayacağına, təhlükəsizlik üçün lazımi tədbirlər görüləcəyinə təminat verib.

Qeyd edək ki, Henrix Mxitaryanın indiyədək iki dəfə Bakıya gəlmək imkanı olub. 2015-ci ildə hələ Dortmund “Borussiya”sında çıxış edərkən “Qəbələ”, ötən il isə “Qarabağ”la oyunlar üçün ölkəmizə gələ bilərdi. Lakin erməni futbolçu təhlükəsizliyi səbəbindən Bakıya səfər etməyib. Qaynarinfo

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]