Ev Cəmiyyət “Sizinlə qanun çərçivəsində görüşəcəyəm” – Həbsdən çıxan Təranə danışdı

“Sizinlə qanun çərçivəsində görüşəcəyəm” – Həbsdən çıxan Təranə danışdı

Baxış Sayı 250
0
“Sizinlə qanun çərçivəsində görüşəcəyəm” – Həbsdən çıxan Təranə danışdı
“Sizinlə qanun çərçivəsində görüşəcəyəm” – Həbsdən çıxan Təranə danışdı

Prodüser Təranə Səmədova həbsdən çıxandan sonra ilk dəfə paylaşım edib.

Axşam.az xəbər verir ki, o, anası və qızı Suellə olan fotolarını paylaşaraq, ürək sözlərini yazıb:

“Əslində, deyiləcək sözüm bəlkə də lap çoxdur, amma bu müddət mənə daha çox susmağı öyrətdi, ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni səbrlə və sevgiylə tək buraxmadıqlarına görə çox təşəkkür edirəm. Bir də.. bu müddət mənə bir şeyi də anlatdı – dostu düşməndən ayırmağı, bildim ki, həqiqi dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib, əslində, saxtakarlıq edənlər kimlər imiş…

Allah çox böyükdür, heç vaxt heç kimə pis şeylər arzulamamışam, amma elə buradaca həmin saxta “dostlar”a deyirəm ki, boş-boşuna özünüzü yorub, məni axtarmayın”.

Prodüser onun ünvanına təhqir yazanları da unutmayıb:

“İstər öz səhifəmdə, istərsə də başqa səhifədə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəm”.

Qeyd edək ki, T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham elan edilərək, bir il müddətinə azadlıqdan məhrum olunmuşdu. O, 6 ay sonra həbsdən azadlığa buraxılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin