Ev İqtisadiyyat 2 gün sonra: İnternet bazarına böyük ucuzlaşma gəlir – AÇIQLAMA

2 gün sonra: İnternet bazarına böyük ucuzlaşma gəlir – AÇIQLAMA

Baxış Sayı 17
0

“Delta Telekom LTD” MMM istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kampaniyaların keçirilməsini planlaşdırır. 

Qurumdan bildirilib ki, Heydər Əliyevin doğum günü ərəfəsində, 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunacaq.

“Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə  qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.
Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında mümkün ucuzlaşmadan danışıb. Bildirib ki, 20 manat verib 4-5 Mb alınırdısa, indi 20 manata daha yüksək sürət əldə etmək olar:

“Provayderlərin əsas xərci məhz interneti alanda olan xərcdir, yəni onlar interneti alıb satırlar. Əgər onların aldığı internetin xərci 70% düşəcəksə, təbii olaraq, satdıqlarının, yəni bizim aldığımız internetin də ucuzlaşmasına böyük gözləntilər var. Hesab edirəm ki, ən yaxın zamanda, təxminən ayın 10-dan sonra internet bazarında qiymətlər enməlidir. İkinci hal provayderlərin sürəti artırması ola bilər. Əvvəllər deyək ki, 20 manat verib 4-5 Mb alınırdısa, indi 20 manata daha yüksək sürət əldə etmək olar. Provayderlər yəqin ki, bununla bağlı açıqlama verəcəklər. Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bunun icrası ilə bağlı dövlət provayderlərinə göstəriş verməlidir. Azərbaycanda spesifik xüsusiyyət ondan ibarətdir ki, bazarın 50%-i dövlət provayderlərindədir və bu da nazirliyin səlahiyyətindədir. Çox güman ki, Nazirlik bununla bağlı göstərişlərini verəcək”.

Ekspert bildirib ki, internetin nə qədər ucuzlaşacağı ilə bağlı konkret rəqəm demək çətindir: “Amma böyük gözləntilər var”. 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin