Sizinxeber.az – Azərbaycan Xəbərləri

Lənkəran Peşə Liseyində keçirilən müsabiqədə tələbələrin 11 biznes layihəsi təqdim olunub

Lənkəran Peşə Liseyində keçirilən müsabiqədə tələbələrin 11 biznes layihəsi təqdim olunub
0 dəfə Baxılıb
30 Aprel 2019 - 19:41

Lənkəran Peşə Liseyində “Mənim biznesim” devizi ilə keçirilən müsabiqədə müxtəlif peşə istiqamətində təhsil alan tələbələrin 11 biznes layihəsi təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, biznes layihələri kənd təsərrüfatını (çayçılıq, sitrus, dekorativ bitkilər), xidmət sahələrini və xalçaçılığın inkişafını əhatə edib.

Qeyd edək ki, 2018-ci ildən peşə təhsili müəssisələrində “Sahibkarlıq”, “Şəxsi inkişaf və karyera planlaşdırılması”, “Mədəni özünüifadə” modulları tədris olunur.

Bu layihələr və əldə olunan bacarıqlar sayəsində gənclər əmək bazarına inteqrasiya edə, yeni biznes subyektlərinə çevrilə, məşğulluq proqramlarına qoşula biləcəklər.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]