Ev Mədəniyyət Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Baxış Sayı 21
0

Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrında Qırğızstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olub. Tamaşadan öncə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq Abdullayev səhnəyə çıxaraq teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edərək onu təşəkkürnamə ilə mükafatlandırıb. Daha sonra tamaşaya baxış olub.

Səhnə əsərində hadisələr bizim günlərdə cərəyan edir. Kənd məktəbinin müəllimi Kuruçbəyin Moskvada ali məktəbdə təhsil alan oğlu Esen evə gəlin gətirir. Xeyir-dua almaqdan ötrü Kuruçbəy arvadı ilə birlikdə təzə qohumlarının evinə gedir. Burada onlar gözlənilməz vəziyyətlə üzləşirlər. Belə ki, Aselin anası Kukuş Kuruçbəydən başlıq tələb edir. Qadın bunu doqquz ay ərzində qızını ürəyinin altında gəzdirməsi ilə əlaqələndirir. Kukuşun qənaətincə, kürəkəni ilə qızının toyları çoxlu sayda qonaqların iştirakı ilə təmtəraqlı keçməli, orada qohum-əqrəbaya bahalı hədiyyələr bağışlanmalıdır. Bəs çoxlu sayda qonaqların toyda iştirakını təmin etmək, gəlinin qohumları üçün bahalı hədiyyələr almaqdan ötrü pulu haradan tapmalı? Kuruçbəyin oğlu Esen atasına avtomobilini satmağı təklif edir.

Kuruçbəy vicdanından necə keçsin? Müharibə əlili kimi ona bağışlanan maşını satacaqsa, bəs sonrasını necə yaşayacaq? Əgər bu təklifdən imtina etsə, onda toy baş tutmayacaq, halbuki toy şənbə axşamına təyin olunub…

Anşlaqla keçən və böyük maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Fərəcova ifa ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin