Sizinxeber.az – Azərbaycan Xəbərləri

Saatlıda ət və süd istehsalında artım qeydə alınıb

Saatlıda ət və süd istehsalında artım qeydə alınıb
0 dəfə Baxılıb
21 Aprel 2019 - 11:51

Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 755 baş iribuynuzlu mal-qara, 115 min 206 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 1604 baş çoxdur. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərir. Cari ilin 3 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 1677,3 ton ət (diri çəkidə), 8535,5 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan ətdən 3,3 ton, süddən isə 12,2 ton çoxdur.

2018-ci ilin eyni dövrü ilə müqayisədə yumurta istehsalında da 814 min artım olub.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]