İlham Əliyev: “Biz Strateji tərəfdaşlıq haqqında Bəyannaməni daha konkret məzmunla zənginləşdirəcəyik”
İlham Əliyev: “Biz Strateji tərəfdaşlıq haqqında Bəyannaməni daha konkret məzmunla zənginləşdirəcəyik”

21 məntəqənin azad edilməsindən iki il keçir – SİYAHI

Bu gün Azərbaycan ordusunun bir sıra yaşayış məntəqələrini Ermənistanın işğalından azad etməsindən iki il keçir.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 21-də Azərbaycan ordusu Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində növbəti qələbəyə imza atıb.

Həmin gün Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndlərində işğala son qoyulub.

Cəbrayılın isə Balyand, Papı, Tulus, Tinli kəndləri işğaldan azad edilib.

Həmin gün  Zəngilanın Mincivan qəsəbəsi, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün və Baharlı kəndləri işğaldan azad olunub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.

 

Sizinxeber.Az

21 məntəqənin azad edilməsindən iki il keçir – SİYAHI

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!