Lənkəranda 9 ədəd tank əleyhinə mina tapılıb – FOTO

0
Baxış Sayı 5
Lənkəranda 9 ədəd tank əleyhinə mina tapılıb - FOTO
Lənkəranda 9 ədəd tank əleyhinə mina tapılıb - FOTO

Lənkəranda 9 ədəd tank əleyhinə mina tapılıb – FOTO
Aprelin 14-də Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-ya daxil olan məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
 Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində 9 ədəd təlim məqsədli tank əleyhinə mina və 1 ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim məqsədli minaların və tüstü şaşkasının ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here