Mərkəzi Bankın satdığı xüsusi pul nişanlarının – QİYMƏTİ

0
Baxış Sayı 35
Mərkəzi Bankın satdığı xüsusi pul nişanlarının - QİYMƏTİ
Mərkəzi Bankın satdığı xüsusi pul nişanlarının - QİYMƏTİ

Mərkəzi Bankın satdığı xüsusi pul nişanlarının – QİYMƏTİ
Azərbaycan Mərkəzi Bankı qızıl və gümüşdən hazırlanmış yubiley və xatirə pul nişanlarının qiymətini açıqlayıb.
Oxu.Az xəbər verir ki, ən bahalı pul nişanı qızıldandır, çəkisi 10 unsiya təşkil edir, qiyməti isə 24 min manata yaxındır.
1996-cı ildən etibarən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də, ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanlarının sayı ümumilikdə 22-dir.
Bunların arasında ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 və 95 illik yubileyinə, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının 500 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə, Milli mətbuatın 135 illik, Mərkəzi Bankının 20 illik yubileyinə, Naxçıvan MR-nın 85 və 90 illiyinə, eləcə də, müasir tariximizin ən böyük nailiyyətlərindən olan Əsrin Müqaviləsi, TANAP, Azerspace-1, Bakı-Tbilisi-Qars layihələrinə və I Avropa oyunlarına, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley və xatirə pul nişanları var.
Hazırda satışda olan yubiley və xatirə pul nişanları və onların qiymətləri

Yubiley və xatirə pul nişanları

Buraxılış ili

Metalı

Çəkisi

Satış dəyəri (manat)

Ulu Öndər Heydər Əliyev- 90 il

2013

qızıl

1 unsiya

2507.61

Ulu Öndər Heydər Əliyev- 90 il

2013

qızıl

10 unsiya

23976.07

Ulu Öndər Heydər Əliyev- 95 il

2018

qızıl

1 unsiya

2507.61

Ulu Öndər Heydər Əliyev- 95 il

2018

qızıl+platin

1 unsiya

2500.0

Ulu Öndər Heydər Əliyev- 95 il dəst

2018

qızıl+platin

2 unsiya

5300.0

Azərbaycan Xalq Cümhuriyyəti-100 il dəst

2018

qızıl

2.25 unsiya

6000.00

Azərbaycan Xalq Cümhuriyyəti-100 il

2018

qızıl

1 unsiya

2507.61

Azərbaycan Xalq Cümhuriyyəti-100 il

2018

qızıl

3/4 unsiya

2100.0

Azərbaycan Xalq Cümhuriyyəti-100 il

2018

qızıl

1/2 unsiya

1500.0

Naxçıvan MR yaranması – 85 il

2009

gümüş

1 unsiya

99.76

Naxçıvan MR yaranması – 90 il

2015

qızıl

1 unsiya

2507.61

Məhəmməd Füzuli

1996

gümüş

28.28 qr

38.76

Dövlət Müstəqilliyinin 20 illiyi

2011

qızıl

1 unsiya

2507.61

Mərkəzi Bankının 20 illiyi

2012

gümüş

1 unsiya

86.76

Milli Mətbuatının 135 illiyi

2010

gümüş

1 unsiya

112.76

“Bakı Tbilisi Qars” dəmir yolu

2015

gümüş

1 unsiya

85.76

“Əsrin müqaviləsi”nin 20 illiyi

2016

qızıl

1 unsiya

2507.61

“Əsrin müqaviləsi”nin 20 illiyi

2016

gümüş

1 unsiya

85.76

“Azərspace” telekommunikasiya peyki

2016

gümüş

1 unsiya

85.76

TANAP layihəsi

2016

gümüş

1 unsiya

85.76

“Bakı-2015 Avropa oyunları”na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma)

2015

gümüş

1 unsiya

85.76

“Bakı-2015 Avropa oyunları”na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma)

2015

kupronikel

1 unsiya

22.0

Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər sistemi”nə daxil olaraq sifariş edə, eləcə də, Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində yerləşən kassa xidmətinə müraciət edərək əldə edə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here