Ev Maraqlı Xərçəngin qarşısını almağın yeni yolu tapıldı

Xərçəngin qarşısını almağın yeni yolu tapıldı

Baxış Sayı 9
0
Xərçəngin qarşısını almağın yeni yolu tapıldı
Xərçəngin qarşısını almağın yeni yolu tapıldı

Xərçəngin qarşısını almağın yeni yolu tapıldı
Danimarkanın Kopenhagen Universitetinin alimləri DNT-ni mutasiyalardan qoruyan və xərçəngin inkişafına əngəl törədən mexanizm aşkarlayıblar.
Bu barədə “Phys.org”da press-reliz dərc olunub.
Yeni araşdırmada bioloqlar spesifik orqanellaları (inşa hüceyrələrində olan 53BP1 nüvə cisimlərini) tədqiq edib.
Onları flüorosent boyanın köməyi ilə nişanlayıblar və mikroskop altında bir necə hüceyrə nəslinin dəyişməyini müşahidə ediblər.
Bu, ilk dəfə olaraq ana hüceyrəsində peyda olduğu andan törəmə hüceyrələrdə ekspressiyasına qədər (RNT və zülal sintezi) zədəli DNT-lərdə nələrin baş verdiyini izləməyə imkan verib.
Tədqiqatçılar müəyyən edib ki, 53BP1 nüvə cisimləri törəmə hüceyrələri irsi ötürülən zədəli DNT-lərdən qoruyur. Bu mexanizmin başlıca komponenti xərçəng şişinin supressorlarına aid olan RAD52 fermentidir.
Nüvə cisimləri törəmə hüceyrələrin bölgüsünü yubadır və beləcə, ana hüceyrədə qüsurlu olmuş genlərin bərpası üçün vaxt qazanır.
Bu mexanizm işləməyəndə, qüsurlar dəyişilməz olaraq qalır və törəmə hüceyrələrdə yığılmaqla müxtəlif xəstəliklərin, o cümlədən, xərçəngin inkişafına yol aça bilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin