Bir ailənin üç üzvü xərçəngdən qorxub mədələrini kəsdirdilər

0
Baxış Sayı 4
Bir ailənin üç üzvü xərçəngdən qorxub mədələrini kəsdirdilər
Bir ailənin üç üzvü xərçəngdən qorxub mədələrini kəsdirdilər

Bir ailənin üç üzvü xərçəngdən qorxub mədələrini kəsdirdilər
Böyük Britaniyada bir ailənin üç üzvü, onlarda xərçəng xəstəliyinə irsi meylin olduğunu öyrənərək, mədələrini tamamilə kəsdirməyə qərar verib.
Bu barədə Lenta.ru Britaniya mətbuatına istinadən məlumat yayıb.
Sofiya Əhməd və onun iki qardaşı – Tahir Xan və Ömər Xan İngiltərənin Staffordşir qraflığının Uolsoll şəhərində yaşayır. Anaları və bacıları mədə xərçəngindən vəfat etdikdən sonra onlar qorxuya düşüblər.  
Xəstəxanaya müraciət etdikdən sonra müayinələr aparılıb və həkim xərçəng xəstəliyi riskini aradan qaldırmaq üçün onlara qastrektomiya (cərrahi müdaxilə yolu ilə mədənin tam kəsilərək kənarlaşdırılması – red.) əməliyyatına yazılmağı tövsiyə edib.  
49 yaşlı anaları Perl Xana 2003-cü ildə xərçəng diaqnozu qoyulub  və yarım il ərzində vəfat edib. 10 il sonra eyni xəstəlik bacıları Yasmin Xanda üzə çıxıb.
“Yasminin tibb tarixçəsini oxudum, bu növ xərçəngin genetik təmayüllü olduğunu öyrəndim. Müayinə nəticələri çıxana qədər hamı məni dəli hesab edirdi. Sonra bildilər ki, narahatlığımın, həqiqətən, əsası var idi”, – deyə 39 yaşlı Sofiya bildirib.
Əməliyyatlar ayrı-ayrı vaxtlarda keçirilib və hər üçü uğurla nəticələnib.
“Əvvəlki kimi, istədiyimi yeyə və istədiyimi edə bilirəm. Yeganə problem çəkiyə nəzarət və müəyyən vitamin qıtlığındadır. Ancaq mədə xərçəngi ilə müqayisədə, buna da şükür”, – deyə Sofiya bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here