Dünyadakı ən varlı qadın və kişinin adı açıqlandı

0
Baxış Sayı 4
Dünyadakı ən varlı qadın və kişinin adı açıqlandı
Dünyadakı ən varlı qadın və kişinin adı açıqlandı

Dünyadakı ən varlı qadın və kişinin adı açıqlandı
“Forbes” jurnalının tərtib etdiyi növbəti reytinqdə dünyanın ən varlı qadınının adını Fransuaza Betankur-Mayers qazanıb.

RİA Novosti-nin məlumatına görə, “L`Oreal” kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersin sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir. Betankur-Mayers dünyanın ən varlı insanları siyahısında 15-ci yeri tutub.
“Amazon” onlayn-mağazasının yaradıcısı milyarder Ceff Bezos  dünyanın ən varlı insanlarını əks etdirən reytinqdə lider mövqeyini qoruyub.

Hazırda Bezosun var-dövləti 131 milyard dollar təşkil edir.
 Bezos 2018-ci ilin mart ayında daha öncə reytinqə başçılıq edən “Microsoft”un yaradıcısı Bill Geytsi ötərək birinci pilləyə yüksəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here