Sizinxeber.az – Azərbaycan Xəbərləri

Məmmədyarov Latın Amerikası ölkələrinə səfərə yollandı

Məmmədyarov Latın Amerikası ölkələrinə səfərə yollandı
2 dəfə Baxılıb
17 Mart 2019 - 14:00

Məmmədyarov Latın Amerikası ölkələrinə səfərə yollandı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb. 
Oxu.Az xəbər verir ki, Məmmədyarov Çili Respublikası, Argentina Respublikası, Uruqvay Şərq Respublikası və Paraqvay Respublikasında rəsmi səfərdə olacaq. 
Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Aires şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]