“18-19 yaşlı uşaqlar vəhşi qatilə çevrilməyə necə macal tapdılar?”
“18-19 yaşlı uşaqlar vəhşi qatilə çevrilməyə necə macal tapdılar?”

“18-19 yaşlı uşaqlar vəhşi qatilə çevrilməyə necə macal tapdılar?”

“Yevlaxda peşəkar həkimin tamah məqsədilə vəhşicəsinə qətli dəhşətli hadisədir. Amma hadisənin özü qədər də dəhşətli və faciəvi olan qətldə şübhəli bilinənərək həbsə alınanlardan 2 nəfərinin 18 və 19 yaşda gənclər olmasıdır. Əslində elə 3-cü də gəncdir – 30 yaşında”.
 Yeniavaz.com
xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“18-19 yaşlı uşaqlar çox qısa ömürlərində bunca vəhşi qatilə çevrilməyə hansı mühitdə belə macal tapdılar?

Cəmiyyət belə hadisələrdən kütləvi naratlıq keçirməli, o uşaqların böyüdüyü mühitin təhlili aparılmalı, belə yetişmələrinə səbəb olan sosial, maddi, ictimai amilləri peşəkar mütəxəssislə analiz etməlidirlər. 

Gəncliyi bu qədər acımasız qara işlərə bulaşan toplumun gələcəyi çox qaranlıqdır.

Təhsilsizlik, işsizlik, inkişaf üçün mühitin olmadığı, sosial liftin işləmədiyi cəmiyyətdə yeniyetmələr və gənclər doğru inkişaf reseptlərilə həyatlarını qura bilmirlər. Hara qaçsalar özlərini ümidsizliklə dolu vakkumda tapırlar”, – paylaşımda bildirilib.

Qeyd edək ki, dekabrın 11-də Yevlax xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov yaşadığı evdə 20-dən çox bıçaq zərbəsi ilə qətlə yetirilib. O, ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü R.M-dir.

Sizinxeber.Az

“18-19 yaşlı uşaqlar vəhşi qatilə çevrilməyə necə macal tapdılar?”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!