Ev Siyasət Novruz Məmmədov sabah son bir ildə gördüklərinin hesabatını verəcək

Novruz Məmmədov sabah son bir ildə gördüklərinin hesabatını verəcək

Baxış Sayı 11
0
Novruz Məmmədov sabah son bir ildə gördüklərinin hesabatını verəcək
Novruz Məmmədov sabah son bir ildə gördüklərinin hesabatını verəcək

Martın 15-də Azərbaycan Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Ölkə.Az” xəbər verir ki, parlamentin sabah keçiriləcək növbəti plenar iclasına bir məsələ daxil edilib. Deputatlar sabah  Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatını dinləyəcək və hesabatla bağlı fikirlərini səsləndirib, görülən işlər, problemli sahələrlə bağlı  təkliflərini irəli sürəcək, həmçinin hökumətin bir illik fəaliyyətinə qiymət verəcəklər.

Azərbaycan hökuməti adından hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək.

Qeyd edək ki, bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.

Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.

Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin