SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Planetimizi asteroidlərdən qorumağın planı hazırlanıb

Planetimizi asteroidlərdən qorumağın planı hazırlanıb
Bu haber 14 Mart 2019 - 2:58 'da əlavə olunub və Baxış Sayı 2

Planetimizi asteroidlərdən qorumağın planı hazırlanıb
ABŞ hökuməti Yer planetinin asteroidlərdən qorunması ilə əlaqədar yeni tədbirlər planı hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.
NASA mütəxəssisləri digər Amerika agentliklərinin və qeyri-hökumət təşkilatlarının ekspertləri ilə birgə planetimizlə toqquşacağı təqdirdə qlobal fəlakətə səbəb ola biləcək böyük asteroidlərin 95 faizdən çoxunu müəyyən edib.
Ağ Evin elm və kosmik fəzanın öyrənilməsi idarəsinin nümayəndəsi Aaron Maylz əmin edir ki,  aşkarlanan obyektlərdən heç biri yaxın yüz il ərzində Yer planeti ilə toqquşma riski daşımır.
Sadəcə NASA hər ehtimala qarşı belə ssenarilər üçün tədbirli olmağa üstünlük verir. Təşkilatın mütəxəsissləri bildirirlər ki, müvafiq strategiya və tədbirlər planının olması potensial təhlükəli asteroidlər üzə çıxan zaman effektiv reaksiya hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırmış olacaq.
F.M.
www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə