SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Yeni baş məşqçi Kamran Ağayevi milliyə çağırmadı

Yeni baş məşqçi Kamran Ağayevi milliyə çağırmadı
Bu haber 14 Mart 2019 - 2:50 'da əlavə olunub və Baxış Sayı 8

Yeni baş məşqçi Kamran Ağayevi milliyə çağırmadı
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Bununla bağlı AFFA-nın saytı məlumat yayıb. 
Azərbaycan millisi martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç bu oyunlara Kamran Ağayevi çağırmayıb. Əvəzində Əli Babayev, Aleksey İsayev və Ömər Buludov kimi futbolçular millidən ilk dəfə dəvət alıb.
Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Təmkin Xəlilzadə (“Sabah”), Şəhriyar Rəhimov (“Səbail”)
Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev (hamısı “Qarabağ”), Eddi İsrafilov (“Alkorkon”, İspaniya), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Əli Babayev, Aleksey İsayev (hər ikisi “Sumqayıt”), Dmitri Nazarov (“Aue”, Almaniya)
Hücumçular: Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Mirabdulla Abbasov (“Neftçi”).

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə