SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Uçan taksinin prototipi nümayiş olundu – VİDEO

Uçan taksinin prototipi nümayiş olundu – VİDEO
Bu haber 14 Mart 2019 - 2:49 'da əlavə olunub və Baxış Sayı 4

Uçan taksinin prototipi nümayiş olundu – VİDEO
“Uber” şirkəti uçan taksilərin hazırlanması ilə bağlı NASA ilə ikinci müqaviləni bağlayıb.
Oxu.Az “The Verge” nəşrinə istinadən xəbər verir ki, yeni nəqliyyat vasitəsi bir növ təyyarə ilə helikopterin hibridi olacaq.
Müqavilənin bağlanması haqqında xəbər “Uber Elevate Summit” konfransında elan olunub.
Uçan taksinin ilk sınaqları Los-Anceles və Dallas şəhərlərində həyata keçiriləcək.
Prototipin eniş zamanı yığıla bilən dörd üfüqi pəri var. Uçan taksinin önə hərəkətini təmin edən beşinci rotor isə quyruq hissədə yerləşir.
Gələcəyin taksisi elektrik enerjisi ilə işləyəcək  və 300-400 metr yüksəklikdə sərnişinlərin daşınmasına imkan verəcək.
Yeni nəqliyyat vasitəsinin 30 dəqiqəlik yolu 5 dəqiqəyə qədər ixtisar edəcəyi proqnozlaşdırılır.

F.M.
www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə