SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Marsda yadplanetlilərin yaşaması üçün ideal yer aşkar edildi

Marsda yadplanetlilərin yaşaması üçün ideal yer aşkar edildi
Bu haber 14 Mart 2019 - 2:48 'da əlavə olunub və Baxış Sayı 6

Marsda yadplanetlilərin yaşaması üçün ideal yer aşkar edildi
Edinburq Universitetindən olan astrobioloq Şon MakMexonun rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu iddia edib ki, Marsda qurumuş göllər yaxınlığındakı ərazinin dəmirlə zəngin olması milyard il əvvəl yaşamış mikroorqanizmlərin izlərinin araşdırılması üçün əlverişli yerdir.
Oxu.Az “Science Alert” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislərin məqaləsi “Journal of Geophysical Research: Planets” jurnalında yayımlanıb. 
Hazırda Marsın yaşayış üçün yararlı olması ilə bağlı sübut olmasa da, məlumdur ki, nə vaxtsa burada həyat şərtləri üçün əlverişli mühit olub. Aparılan müşahidələr onu göstərir ki, burada qurumuş su hövzələri və çay yataqları var. 
Burada su 4100-3500 milyon il bundan əvvəl mövcud olub. 
Mütəxəssislər Marsda mikroorqanizmlərin araşdırılması üçün əlverişli yerləri müəyyən ediblər. Bunlardan biri dəmirlə zəngin qurumuş göl yataqlarıdır. Digəri isə hələlik təsdiq olunmamış qaynar mənbələrdir. 
2020-ci ildə NASA “Mars Exploration Program” uzunmüddətli proqramı çərçivəsində “Mars 2020” missiyasını buraxacaq. 
www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə