Ev Siyasət Çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin...

Çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış Sayı 13
0
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 (iki milyon iki yüz altı min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin