SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Eldar İbrahimov: Məgər Ermənistan azərbaycanlılara öz qapılarını taybatay açıb?

Eldar İbrahimov: Məgər Ermənistan azərbaycanlılara öz qapılarını taybatay açıb?
Bu haber 13 Mart 2019 - 15:13 'da əlavə olunub və Baxış Sayı 36

Eldar İbrahimov: Məgər Ermənistan azərbaycanlılara öz qapılarını taybatay açıb?
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməməsi, səbəb kimi isə Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsini göstərməsi böyük təəssüf hissi doğurur. Bu, Azərbaycan-Rusiya münasibətlərinin, ildən-ilə genişlənən və sürətli inkişaf xətti ilə addımlayan strateji əməkdaşlığının ruhuna zidd olan bir davranışdır.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, professor Eldar İbrahimov deyib.
O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin mövcud durumu fonunda belə bir təəccüb və təəssüf doğuracaq bəyanatın verilməsinin heç yeri yoxdur.
“Ötən əsrin 90-cı illərinin əvvəllərindən, Yeltsin hakimiyyəti dönəmindən fərqli olaraq, son 15-20 ildə Azərbaycan-Rusiya münasibətləri, bəzi istisnaları nəzərə almasaq, hər zaman yüksələn xətt üzrə inkişaf və davam edib.
Münasibətlərin belə bir səviyyəyə gəlib çatmasında, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin və son 16 ildə onun siyasətinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin, o cümlədən, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin böyük xidmətləri var.
İndi bunların fonunda Rusiya xarici siyasət idarəsinin belə bir bəyanat verməsi bu münasibətlərin ruhuna zidd olan bir addımdır.
Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, bu təcavüzkar ölkə tərəfindən torpaqlarımız hələ də işğal altında saxlanılır, sülh danışıqlarının müsbət sonluqla nəticələnməməsi üçün onlar tərəfindən hər cür təxribatçılıq əməllərinə əl atılır.
Elə bunlardan biri baş nazir Nikol Paşinyanın format oyunudur. O, bu məsələni, danışıqlar prosesinin formatının dəyişdirilməsini təklif etməklə, əslində, münaqişənin həllində heç cür maraqlı olmadıqlarını, əksinə, status-kvonun bundan sonra da illər uzunu davam etməsinə cəhd etdiklərini açıq şəkildə bir daha ortaya qoymuş olur.
Münasibətlərin belə bir durumunda erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinə icazə verilməsini gözləmək, doğrudan da, sadəlövhlük olardı. Yəni bu gün Azərbaycan cəmiyyətində işğal faktı ilə bağlı ermənilərə – hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq –  eləcə də, Ermənistana hansı münasibət olduğunu təsəvvür etmək çox da çətin deyil.
Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən həmsədr dövlətlərdən biri kimi Rusiyanın, onun bəzi dairələrinin bunu anlamaması qeyri-mümkün və inandırıcı deyil.
Onlar yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti bu məsələyə necə həssaslıqla yanaşır. Eyni zamanda, məgər Ermənistan Azərbaycan əsilli Rusiya vətəndaşlarına öz qapılarını taybatay açıbmı ki, biz da açaq? Bunun nümunəsini bizə göstərə bilərlərmi?
Azərbaycan müstəqil, suveren, diktə ilə idarə olunmayan bir dövlətdir və verdiyi qərarlarda tam haqlıdır, kimsə bundan ölkəmizə qarşı hansısa maraqları naminə yararlana bilməzlər. Həmsədr dövlət kimi, Rusiyanın üzərinə düşən odur ki, Ermənistanı konstruktiv danışıqlara və ədalətli sülhə məcbur etsin. Digər həmsədr dövlətlər kimi, bunu etmək onların vəzifəsi və borcudur.
Yaxşı olardı ki, Rusiyanın bəzi dairələri buna daha çox diqqət və vaxt ayıraydılar. Ona görə inanmaq istəyirəm ki, Rusiya XİN iki ölkə arasında münasibətlərin ruhuna zidd olan məlum bəyanatını geri çəkəcək və daha çox Ermənistanı, erməniləri ədalətli sülhə məcbur edəcəklər.
Biz bunu onlardan daha çox gözləyirik. Eyni zamanda, kimlərinsə bu bəyanatdan yararlanıb, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirmək cəhdləri alınmayacaq. Bunlar artıq keçmiş mərhələdir. Azərbaycan-Rusiya münasibətlərini kimsə poza bilməyəcək”, – deyə E.İbrahimov əlavə edib.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə