Ev Dünya Makqreqor azadlıqda – VİDEO + YENİLƏNİB

Makqreqor azadlıqda – VİDEO + YENİLƏNİB

Baxış Sayı 61
0
Makqreqor azadlıqda - VİDEO + YENİLƏNİB
Makqreqor azadlıqda - VİDEO + YENİLƏNİB

Makqreqor azadlıqda – VİDEO + YENİLƏNİB
Mayamidə həbs olunmuş irlandiyalı MMA (qarışıq əlbəyaxa döyüş növləri) ustası Konor Makqreqor girov müqabilində sərbəst buraxılıb.
Bu barədə “Bloody Elbow” məlumat yayıb.
İdmançı şərti azadlığa çıxmaq üçün 12,5 min dollar girov qoyub. K.Makqreqorun nümayəndəsi 30 yaşlı döyüşçünün müstəntiqlərlə tam əməkdaşlığa hazır olduğunu bildirib.
09:04
İrlandiyalı MMA (qarışıq əlbəyaxa döyüş növləri) ustası Konor Makqreqor ABŞ-ın Florida ştatında həbs olunub.
Bu barədə “MMA Fighting” portalı məlumat yayıb.
O, ikinci dərəcəli silahlı qarət və üçüncü dərəcəli xuliqanlıqda təqsirli bilinir.
Yerli polis idarəsinin məlumatına görə, idmançı Mayami-Biç rayonunun “Fountainebleu” hoteli qarşısında öz pərəstişkarının üzərinə atılaraq, onun smartfonunu əlindən alıb. Daha sonra mobil cihazı ayaqları altında tapdalayaraq, qalıqlarını özü ilə aparıb.
Xatırladaq ki, martın 9-da Makqreqor 2018-ci ildə (aprel ayında) UFC döyüşçüləri ilə dolu avtobusa hücumuna görə məhkum olunduğu ictimai işləri başa çatdırmışdı. O, beş gün ərzində Nyu-Yorkun iki kilsəsində icbari əməklə məşğul olub.
Onun qəzəbin idarə olunması üzrə psixoloji hazırlıqdan keçdiyi bildirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin