SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı
Azərbaycanın 2018-ci ildə aldığı silahlar - SİYAHI + FOTO Azərbaycanın 2018-ci ildə aldığı silahların siyahısı məlum olub. Bununla bağlı məlumat Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) illik hesabatında verilib. Bildirilib ki, Azərbaycan 2018-ci ildə Belarusdan 10 ədəd “B-200BM Polonez” reaktiv yaylım atəşi sistemi alıb. Sistemin sifarişi 2017-ci ildə olub və ötən il layihə reallaşdırılıb. B-200BM Polonez Ötən il Azərbaycan Çexiyadan 30 ədəd “RM-70 122mm” sistemi alıb ki, bu silahların sifarişi 2016-cı ildə olub. Həmin sistemlər təhvil verilməzdən əvvəl saz vəziyyətə gətirilib. RM-70 122mm 2018-ci ildə Azərbaycan İsraildən altı ədəd OPV-62 markalı gözətçi gəmisi, iki ədəd “Saar-72” gəmisi, 100 ədəd “Orbiter 1K” bazalı “Zərbə” pilotsuz uçuş aparatı, 250 ədəd “Spike-NLOS” raketi, 100 ədəd “SandCat” zirehli maşını, 100 ədəd “Skystriker” kamikadze dronu, iki ədəd “Hermes-900” pilotsuz uçuş aparatı, 50 ədəd LORA raketi, dörd ədəd LORA reaktiv sistemi, 10 ədəd “Sandcat SPEAR 120mm” zirehli avtomobilləri alıb. Orbiter 1K Bunlardan OPV-62, “Saar-72” və “Spike-NLOS” 2013-cü ildə, “SandCat” 2015-ci ildə, “Orbiter 1K” və “Skystriker” 2016-cı ildə, “Hermes-900”, LORA və “Sandcat SPEAR 120mm” isə 2017-ci ildə sifariş edilib. Ötən il sifarişlər tam təhvil verilib. Ötən il Azərbaycan Pakistandan 10 ədəd “MFI-17 Supporter” təlim qırıcısı alıb. Həmin qırıcıların sifarişi 2017-ci ildə edilib. MFI-17 Supporter 2018-ci ildə Azərbaycan Rusiyadan 70 ədəd BTR-82A zirehli transportyorları, 800 ədəd 9M123/AT-15 və 24 ədəd “9P157-2 Khrizantema-S” anti tank raketləri alıb. Silahların sifarişi 2016-2017-ci illərdə olub və sifariş tam yerinə yetirilib. BTR-82A Ötən il Azərbaycan Slovakiyadan 36 ədəd 152 mm-lik “DANA” özüyeriyən artilleriya sistemləri alıb. İkinci əl olan və saz vəziyyətə gətirilən silahların sifarişi 2012-ci ildə verilib. 152 mm-lik “DANA” Azərbaycan 2017-ci ildə Türkiyədən 25 ədəd SOM silah sistemi sifariş edib və ötən il bu sistemlərdən beş ədədini əldə edib. SOM Ötən il Azərbaycan iki ədəd ikinci əl “Bell-412” helikopteri alıb. Bell-412
11 Mart 2019 - 18:05 'de eklendi ve Baxış Sayı 72 kez görüntülendi.
İLGİLİ HABERLER
HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.

Azərbaycanın 2018-ci ildə aldığı silahlar – SİYAHI + FOTO

POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
SON Dəyqə