SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Afaq Bəşirqızından xanımlara 8 Mart hədiyyəsi

Afaq Bəşirqızından xanımlara 8 Mart hədiyyəsi
Bu haber 08 Mart 2019 - 0:33 'da əlavə olunub və Baxış Sayı 84

Afaq Bəşirqızından xanımlara 8 Mart hədiyyəsi
Martın 8-də Azərbaycan Dövlət Musiqili Teatrında “Açıq qapı” günü keçiriləcək.
Teatrın mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, sənət ocağı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tamaşaçılarına görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək.
Səhnə əsərində baş rolun ifaçısı milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı olacaq. Nümayiş olunacaq bu səhnə əsəri gözlənilməz və maraqlı situasiyalarla zəngindir.
Tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşın isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq Artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur.
Tamaşada digər rolları Əməkdar Artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova və digərləri canlandıracaq. Səhnə əsərinin baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə