SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Əbülfəs Qarayev: Aparılacaq islahatların məqsədi iş yerlərinin azaldılması deyil

Əbülfəs Qarayev: Aparılacaq islahatların məqsədi iş yerlərinin azaldılması deyil
Bu haber 06 Mart 2019 - 0:39 'da əlavə olunub və Baxış Sayı 10

Əbülfəs Qarayev: Aparılacaq islahatların məqsədi iş yerlərinin azaldılması deyil
Prezidentin verdiyi sonuncu fərman mədəniyyət sahəsində islahatların daha dərindən aparılmasına xidmət edəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, ölkə başçısının verdiyi fərman mədəniyyət və turizm sahəsinin inkişafına xidmət edəcək:
“Mədəniyyət sahəsində bütün işləri sistemli şəkildə görmək istəyirik. Bu sahədə son illər islahatlar davam edir. Bunun bünövrəsində ölkə başçısı bu sistemin yeni formatda olmasını istəyir. Prezidentin verdiyi sonuncu fərman mədəniyyət sahəsində islahatların daha dərindən aparılmasına xidmət edəcək.
Aparılacaq islahatların məqsədi insanların işdən çıxarılması, iş yerlərinin azaldılması deyil. Kim bu düşüncədədirsə, o, yanlış fikirdədir. Sərəncamın yerimə yetirilməsi üçün aidiyyəti üzrə qurumlara müəyyən zaman ayrılıb və ümid edirəm ki, işlər zamanında yerinə yetiriləcək”.
Ə.Qarayev onu da əlavə edib ki, bu sahədə islahatlar bundan sonra da davam etdiriləcək.
Könül Cəfərli

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə