Ev Mədəniyyət “Məhəllə 3” təqdim olundu – FOTO

“Məhəllə 3” təqdim olundu – FOTO

Baxış Sayı 50
0
“Məhəllə 3” təqdim olundu - FOTO
“Məhəllə 3” təqdim olundu - FOTO

“Məhəllə 3” təqdim olundu – FOTO
“Planet Parni iz Baku” komandası Heydər Əliyev sarayında “Məhəllə 3” filminin təqdimatını keçirib.
Oxu.Az xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Tahir İmanov ilk sözü “məhəllənin ağsaqqalı” Xalq artisti Hacı İsmayılova verib.
Daha sonra Əməkdar artist Dilarə Əliyeva çıxış edib. Aktrisa “Sovetski” tam sökülənə qədər çəkəcəyik” deyə zarafatından qalmayıb.
“Planet Parni İz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov yaradıcı heyəti tamaşaçılara təqdim etdikdən sonra televiziya və saytların onlara qadağa qoyduğu vaxtlarda belə hər zaman onlara dəstək olan Oxu.Az saytına və rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra “Məhəllə 3” filmi təqdim olunub.
Filmdə hadisələr kriminal xarakterli zəngin iş adamlarından birinə məxsus, XV əsrə aid, iki milyon manat qiyməti olan xalçanın oğurlanması ilə başlayır. “Eliş” və “Roşka”nın təsadüfən xalçanı tapması isə süjet xəttini daha da maraqlı edib.
Məhəlləni sökmək və yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin nümayəndəsi ilə məhəllə sakinləri arasında gedən mübarizə isə günümüzdə olan real hadisələri əks etdirib.
Qeyd edək ki, 15 il sonra ekranlara qayıdan filmin prodüserləri bu dəfə də Tahir və Cabir İmanov qardaşlarıdır. Qala gecəsində filmdə rol alan tanınmış aktyorlar Bəhram Bağırzadə, Dilarə Əliyeva, Xalq artistləri Hacı İsmayılov, Nübar Novruzova və digər aktyorlar iştirak ediblər. Qala gecəsində çıxış edən aktyor heyəti “Məhəllə”nin davamının olacağını da bildiriblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin