Ev Mədəniyyət İyirmi yaşlı “Varlı qadın” komediyasının 20-ci premyerası Şimali Osetiya səhnəsində

İyirmi yaşlı “Varlı qadın” komediyasının 20-ci premyerası Şimali Osetiya səhnəsində

Baxış Sayı 11
0
İyirmi yaşlı “Varlı qadın” komediyasının 20-ci premyerası Şimali Osetiya səhnəsində
İyirmi yaşlı “Varlı qadın” komediyasının 20-ci premyerası Şimali Osetiya səhnəsində

Vladiqafqazda Şimali Osetiya Dövlət Akademik Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin məşhur “Varlı qadın” komediyasının növbəti premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Böyük maraqla qarşılanan səhnə əsərinin nümayişindən sonra Şimali Osetiyanın mədəniyyət naziri Çermen Dudayev Şimali Osetiya – Alaniya Respublikasının başçısı Vyaçeslav Bitarovun tamaşanın müəlliflərinə ünvanladığı təbrik məktubunu oxuyub.

“Azəri” Azərbaycan milli-mədəni mərkəzinin rəhbərləri tamaşanın ərsəyə gəlməsində iştirak etmiş yaradıcı heyətin üzvlərini mükafatlandırıblar.

Qeyd edək ki, artıq 20 yaşı tamam olan “Varlı qadın” ilk dəfə 1999-cu ildə mərhum rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulub. Sonralar əsər Akademik Milli Dram Teatrında, həmçinin ölkənin bütün aparıcı teatrlarında, habelə 10-a yaxın xarici ölkə teatrında səhnələşdirilib. Vladiqafqaz teatrındakı tamaşa komediyanın iyirminci yubiley premyerası olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin