SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Lənkəran Dövlət Dram Teatrının aktyorları məktəblilərin qonağı olublar

Lənkəran Dövlət Dram Teatrının aktyorları məktəblilərin qonağı olublar
Bu haber 02 Mart 2019 - 22:41 'da əlavə olunub və Baxış Sayı 21

Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi “Məktəb və teatr” layihəsi çərçivəsində növbəti görüşünü martın 2-də şəhər 10 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Qadir Axundov teatr-məktəb əlaqələrindən, teatr tamaşalarının gənc nəslin mənəvi tərbiyəsində və dünyagörüşünün artmasındakı rolundan danışıb.

Teatrın direktoru Tofiq Heydərov çıxışında rəhbərlik etdiyi kollektivin son illərdə qazandığı uğurlar, qarşıdakı dövr üçün yaradıcılıq planları barədə müəllim və şagirdlərə ətraflı məlumat verib.

Baş rejissor, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rejissor, Əməkdar artist Adil Zeynalov, teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktrisalar Şarud Mehdiyeva və Qızılgül Quliyeva teatrla məktəblərin əlaqələrinin möhkəmləndirilməsi üçün kömək göstərməyə həmişə hazır olduqlarını bildiriblər.

Çıxışlarda məktəblərdə özfəaliyyət dram dərnəklərini yaratmaqla və müxtəlif səviyyəli festival və müsabiqələr keçirməklə uşaqları əsl sənət meyarları ilə tanış etməyin mümkünlüyü vurğulanıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov Lənkəran Dövlət Dram Teatrının kollektivinə minnətdarlığını bildirərək, rayonun digər təhsil müəssisələrinin də bu layihəyə qoşulacağına əminliyini ifadə edib.

Əməkdar artist Sucəddin Mirzəyevlə aktrisa Qızılgül Quliyevanın ifasında nümayiş olunan dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” tamaşasından parçalar müəllim və şagirdlər tərəfindən alqışlarla qarşılanıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə