SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Zeynal Nağdəliyev: Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən Novruz yarmarkalarında elə məhsullar var ki, qiyməti iki dəfədən çox aşağıdır

Zeynal Nağdəliyev: Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən Novruz yarmarkalarında elə məhsullar var ki, qiyməti iki dəfədən çox aşağıdır
Bu haber 02 Mart 2019 - 12:05 'da əlavə olunub və Baxış Sayı 40

Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili Prezident İlham Əliyevin birbaşa tapşırığıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.

Z.Nağdəliyev qeyd edib ki, Prezident İlham Əliyev bu gündən Novruz bayramı ilə bağlı belə yarmarkaların hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün olmaq şərtilə təşkil olunmasını tapşırıb.

Prezidentin köməkçisi vurğulayıb ki, 14 yerdə təşkil olunan yarmarkalarda satışa 42 rayondan 52 çeşiddə məhsullar çıxarılıb: “Yarmarkaların keçirilməsində əsas məqsəd odur ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər, sahibkarlar öz məhsullarını gətirib bu yarmarkalarda sata bilsinlər. Həmçinin şəhər sakinləri ucuz qiymətə məhsullar alsınlar. Elə məhsullar var ki, qiyməti iki dəfə, iki dəfədən çox aşağıdır, elə məhsullar da var ki, topdansatışdan 20 faiz, bazar qiymətlərindən isə 30-40 faiz ucuzdur. İşi elə səviyyədə təşkil etməliyik ki, qiymətlər nəzərəçarpacaq dərəcədə aşağı olsun, eyni zamanda, çeşid genişlənsin və keyfiyyət yüksək olsun”.

Z.Nağdəliyev hesab edir ki, belə yarmarkaların təşkili bayram əhvali-ruhiyyəsinə çox müsbət təsirini göstərəcək: “Bu, cənab Prezidentin tapşırığıdır və biz bunu çox düzgün səviyyədə həyata keçirəcəyik”.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə