Sizinxeber.az – Azərbaycan Xəbərləri

Məşhurlar Xocalını andı – VİDEO

Məşhurlar Xocalını andı – VİDEO
2 dəfə Baxılıb
26 Fevral 2019 - 11:39

Məşhurlar Xocalını andı – VİDEO
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar məşhurlar sosial layihəyə imza atıblar.

Əməkdar artist Miri Yusif, müğənnilər Dilarə Kazımova, Emiliya Yaqubova və tanınmış aktyor Taleh Yüzbəyov “Tezliklə” adlı videoçarxa çəkiliblər.

Oxu.Az xəbər verir ki, məşhurlar 2 dəqiqə 50 saniyəlik videoçarxda əsgərlikdə olan yaxınlarını gözləyən insanları canlandırıblar.

Gecəyarısı onların telefonuna mesaj gəlir. Mesajda torpaqlarımızın düşmən tapdağından azad edildiyi qeyd olunur.

Sözügedən ekran əsərinin rejissoru Nicat Qədimlidir.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]