SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Putinin kortejini içəridən göstərdilər – VİDEO

Putinin kortejini içəridən göstərdilər – VİDEO
Bu haber 20 Şubat 2019 - 21:53 'da əlavə olunub və Baxış Sayı 17

Putinin kortejini içəridən göstərdilər – VİDEO
“Kortej” layihəsi çərçivəsində avtomobillər istehsal edən Rusiyanın “Aurus” markası Əbu-Dabidə IDEX-2019 hərbi sərgisində prezident limuzininin salonunu nümayiş etdirib.

Görüntüləri “Zvezda” telekanalı yayıb.

Avtomobil içəridən dəri və ağacla işlənilib, alətlər panelində isə iki monitor quraşdırılıb. Sərnişin yerləri multimedia sistemi ilə təchiz edilib.

Maşında adi şüşə əvəzinə videokameraların görüntülərini əks etdirən ekranlar quraşdırılıb.

Qeyd edək ki, “Kortej” layihəsinin ilk avtomobili mayın 7-də prezident Vladimir Putinin inauqurasiya mərasimi zamanı nümayiş etdirilib. Sonradan avtomobilə “Senat-limuzin” adı verilib. Bütün avtomobillər “Aurus” brendi altında buraxılır.

“Aurus” limuzininin ilk sərnişini Rusiya prezidenti Vladimir Putin olub.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə