SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

16 ştat Trampı məhkəməyə verdi

16 ştat Trampı məhkəməyə verdi
Bu haber 20 Şubat 2019 - 21:52 'da əlavə olunub və Baxış Sayı 5

16 ştat Trampı məhkəməyə verdi
ABŞ-ın 16 ştatının rəhbərliyindən ibarət koalisiya (başda Kaliforniya ştatı olmaqla – red.) Meksika divarının maliyyələşməsi məqsədilə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən prezident Donald Trampı məhkəməyə verib.

Bu barədə BBC məlumat yayıb.

Kollektiv şikayət ərizəsi Kaliforniya ştatının Northern District məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağ Ev rəhbəri hələ prezident seçilməzdən əvvəl vəd etdiyi Meksika divarının inşası üçün ona əngəl olan Konqresin öhdəsindən gəlmək məqsədilə Birləşmiş Ştatlar ərazisində fövqəladə vəziyyət elan edib.

Trampın bu addımla səlahiyyətlərini aşdığını iddia edən demokratlar hər vəchlə onun ləğvinə nail olmağa çalışacaqlarını bildirib.

Kaliforniyanın baş prokuroru Xavyer Bekkera prezidentin vəzifəsindən sui-istifadə etməsinə əngəl olmaq üçün Trampı məhkəməyə verdiklərini açıqlayıb.

“Vergi ödəyicilərindən yığılmış və Konqresin qanuni şəkildə ştatların əhalisi üçün ayırdığı  vəsaitdən özbaşına istifadəsini dayandırmaq üçün prezident Trampı məhkəməyə veririk”, – deyə Bekkera bildirib.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə