Ev Siyasət Prezident sumqayıtlılarla görüşüb – FOTO

Prezident sumqayıtlılarla görüşüb – FOTO

Baxış Sayı 36
0
Prezident sumqayıtlılarla görüşüb - FOTO
Prezident sumqayıtlılarla görüşüb - FOTO

Prezident sumqayıtlılarla görüşdü – FOTO
Azərbaycan Respublikasının Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət ediblər.

Şəhərdə görülən işlərlə bağlı dövlət başçısına öz təşəkkürünü bildirən Sumqayıt sakinləri, Azərbaycanda xalqla Prezidentin böyük monolit birliyinin olduğunu vurğulayıblar.

Şəhid anası olan digər Sumqayıt sakini isə bütün şəhid ailələrinə yardım etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirib. 

Azərbaycan ordusunun Prezidentin sakinlərlə görüşündə iştirak edən zabiti, Qarabağ qazisi dövlət başçısını əmin edib ki, Azərbaycanın hər bir övladı işğal olunmuş torpaqların azad olunmasına canla-başla hazırdır

Sakinlərin şikayətlərini dinləyən İlham Əliyev həmçinin onların bəzi müraciətlərinin həlli ilə bağlı göstəriş verib. Belə ki, görüşdə iştirak edən tələbə Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və tələbələrin orada yerləşdirilməsi üçün Prezidentdən göstəriş verməyini xahiş edib.

Azərbaycan dövlətinin başçısı məsələnin həll olunacağını bildirib:

“Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək”.

Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görüldüyünü bildirən Prezident İlham Əliyev, şəhərdə 500 iş yeri yaradan polietilen zavodunun açılışını qeyd edib və əlavə ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı göstəriş verdiyini bildirib:

“2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər”.

İlham Əliyev həmçinin Sumqayıtda xəstəxanaların təmir ilə bağlı danışıb.

“Bu yaxınlarda 2 saylı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək”, – deyə, dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıtda şəhər sakinləri ilə görüşündən fotoşəkilləri təqdim edirik.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin