SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı
Adanaspor Akhisar Belediyespor Alanyaspor Antalyaspor Beşiktaş Bursaspor Çaykur Rizespor Fenerbahçe Galatasaray Gaziantepspor Gençlerbirliği İstanbul Başakşehir Kardemir Karabükspor Kasımpaşa Kayserispor Konyaspor Osmanlı Spor Trabzonspor

Mehriban Xanlarova “yaxşı oğlan”ın bacısı haqda yazdı

Mehriban Xanlarova “yaxşı oğlan”ın bacısı haqda yazdı
Bu haber 05 Şubat 2019 - 15:00 'de eklendi ve Baxış Sayı 37 kez görüntülendi.

Mehriban Xanlarova “yaxşı oğlan”ın bacısı haqda yazdı
Əməkdar artist Mehriban Xanlarova Instagram hesabındakı statusu ilə gündəmin episentrinə düşüb.

Oxu.Az xəbər verir ki, sənətçinin məsləhət olaraq yazdığı status izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

M.Xanlarova fotosunu paylaşaraq bu şərhi yazıb:

“Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün o qızı “tema” olaraq istifadə edib, artıq – əskik söhbətlər etmə. Ola bilsin o qız yaxının deyil, dostlarından kiminsə bacısı deyil. Amma hansısa yaxşı oğlanın bacısı ola bilər və ən əsası isə o qızdan sənin evində də var. Evində yoxdursa, dayıngildə var, dayıngildə yoxdursa, əmingildə var, əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var… Buna görə də, hansısa qızın haqqında artıq – əskik danışmadan bunları düşünün”. 

Sosial şəbəkələrdə Əməkdar artistin “kriminal aləm”in üzvləri kimi danışdığınını qeyd ediblər.

Посмотреть эту публикацию в Instagram

Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün O, qızı tema olaraq istifadə edib, artığ – əskik söhbətlər etmə. Ola bilsin O, qız sənin yaxının deyil, ola bilsin sənin dostlarından kiminsə bacısı deyil. Amma hansısa yaxşı oğlanın bacısı ola bilər, və ən əsası isə O, qızdan sənində evində var. Evində yoxdursa, dayın gildə var, dayın gildə yoxdursa əmin gildə var, əmin gildə yoxdursa, xalan gildə var. Mütləq nəslində var.. Buna görə də, hansısa qızın haqqında artığ – əskik danışmadan bunları düşünün..

Публикация от MEHRİBAN XANLAROVA (@mehribanxanlarova) 4 Фев 2019 в 6:44 PST

Mehriban Xanlarova Oxu.Az-a sözügedən mövzuda açıqlama verib:

“Mən şəxsən belə düşünürəm. Öz fikirlərimi isə açıq şəkildə izah etmişəm. İndi yoldayam çox danışa bilirəm”.

Qeyd edək ki, müğənni bir müddət öncə ATV kanalında yayımlanan “Bizimləsən” verlişində açıqlaması ilə hər kəsi təəcübləndirmişdi. Belə ki, o, ana olmaq istədiyini dilə gətirib.

Verilişin aparıcısı Zaur Baxşəliyev isə bildirib ki, M.Xanlarova bunun üçün onların verilişinə müraciət edib.

Aktrisa proqram zamanı ona ünvanlanan suala cavab verərək süni mayalanma ilə övlad dünyaya gətirəcəyini deyib.

Xatırladaq ki, Əməkdar artist bacısı qızını övladlığa götürüb. Onun nəvələri də var.

Qalmaqallı açıqlamaları gündəmdə olan əməkdar artist ARB TV-də aparıcılıq edirdi. 

“Canım sizə desin” adlı proqramının aparıcısı olan Mehriban xanımın qonağı sosial şəbəkələrdə məşhurlaşan “Azəri Vandam” ilə verilişdə etdiyi hərəkətlər izləyicilər tərəfindən birmənalı qarşılanmadı.  

Aparıcının qonağı ilə birgə şpaqat açaraq “Azəri Vandamı” təqlid etməsi tamaşaçıların xoşuna gəlmədi, və elə bu səbəbdən də sözügedən veriliş kanal rəhbərliyi tərəfindən ötən ilin noyabr ayında bağlandı.

Xatırladaq ki, altı il öncə Əməkdar artist Cavanşir Məmmədov televiziya kanallarından birinə müsahibə verən zaman küçədə gəzən uşaqların müğənnidən avtomobilinin qiymətini soruşması onu bərk qəzəbləndirib. C.Məmmədovun uşaqlarla olan dialoqu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Rəşad Əliyev

HABER HAKKINDA GÖRÜŞ BELİRT
DİQQƏT! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
InvestAZ
SON Dəyqə