"Arsenal" Endrik üçün "Real"a 100 milyon avro ödəməyə hazırdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
12:30
ff aaaaaaa

"Arsenal" Endrik üçün "Real"a 100 milyon avro ödəməyə hazırdır

05 may, 2026
12:30
918

"Arsenal" Endrik üçün "Real"a 100 milyon avro ödəməyə hazırdır

İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Endrik üçün 100 milyon avro ödəməyə hazırdır.

"Sizinxeber.az" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "topçular" hazırda icarə əsasında Fransanın "Lion" klubunda çıxış edən hücumçunu heyətinə qatmaq niyyətindədir.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta 19 yaşlı forvardın komandada rəqabəti artıracağına inanır.

Gənc oyunçu 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya "Real"a transfer olunub. Az forma şansı əldə edən futbolçu qışda "Lion"a icarəyə verilib.

Xatırladaq ki, Endrik Liqa 1-də 19 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul