Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib: 5 nəfər ölüb, 37 nəfər yaralanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
12:30
0
0
1 186
ff aaaaaaa

Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib: 5 nəfər ölüb, 37 nəfər yaralanıb

05 may, 2026
12:30
1 186

Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib: 5 nəfər ölüb, 37 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri mayın 4-dən 5-nə keçən gecə Ukraynanın Poltava və Xarkov vilayətlərində "Naftoqaz" qrupunun obyektlərinə kütləvi hücum həyata keçirib, nəticədə 5 nəfər həlak olub, 37 nəfər yaralanıb.

"Report" "Unian"a istinadən xəbər verir ki, bunu "Naftoqaz Ukraina" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski bildirib.

"Poltava və Xarkov vilayətlərində qaz hasilatı müəssisələri atəşə tutulub. Ciddi dağıntılarımız və hasilatda itkilərimiz var. Zərbələr PUA-lar və ballistik silahlarla endirilib", – o qeyd edib.

Koretskinin sözlərinə görə, "Naftoqaz"ın üç əməkdaşı və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin iki xilasedicisi həlak olub, daha 37 nəfər yaralanıb.

"Vəziyyət imkan verən kimi nəticələrin qiymətləndirilməsinə və bərpa işlərinə başlayacağıq", – sədr əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul