Rumıniyanın bəzi müəssisələri əlavə yoxlama olmadan Azərbaycana məhsul ixrac edə biləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
12:00
0
0
1 622
ff aaaaaaa

Rumıniyanın bəzi müəssisələri əlavə yoxlama olmadan Azərbaycana məhsul ixrac edə biləcək

05 may, 2026
12:00
1 622

Rumıniyanın bəzi müəssisələri əlavə yoxlama olmadan Azərbaycana məhsul ixrac edə biləcək

Bundan sonra Rumıniyanın yüksək riskli qida məhsulları istehsal edən müəssisələri əlavə qiymətləndirmə aparılmadan Azərbaycana məhsullarının ixracını həyata keçirə biləcək.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA Rumıniyanın qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması barədə qərar qəbul edib.

Qərara əsasən, təsdiq sisteminin ekvivalentliyi tanınan ölkələrin səlahiyyətli qurumları tərəfindən xarici qida obyektlərinin təsdiqinə dair müvafiq rəsmi məlumatlar olduğu və ya həmin obyektlər tərəfindən bu barədə Agentliyə müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda, onların yenidən təsdiqi tələb olunmur.

"Bu, ölkəmizlə həmin dövlətlər arasında qida məhsullarının ticarət dövriyyəsinin artmasına töhfəsini verəcək", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul